“O istəyin qarşısını ala bilmədim”

“O istəyin qarşısını ala bilmədim” Mən hər zaman ən yaxşısını etməyə çalışmışam

Bu sözləri xalq artisti Amaliya Pənahova son vaxtlar rejissor kimi fəaliyyət göstərməsi haqda Axar.az-a danışarkən deyib.

Aktrisa rejissorluq etməsini daxildən gələn istəklə əlaqələndirib: “Daxili tələbatım və məni maraqlandıran mövzular olduğu üçün rejissor kimi fəaliyyət göstərməyə başladım.

Bu istəyin qarşısını ala bilmədim. Yəni tamaşaçıya deməyə sözüm, mövzularım var idi. Ona görə məni maraqlandıran mövzulara müraciət edərək tamaşalara quruluş verdim. Televiziya filmləri çəkdim, indi də çalışıram”.

Onun sözlərinə görə, Oqtay Altunbayın “Dəmirüz” romanı əsasında yazılmış “Tomris” pyesinə quruluş verib: “Massagetlərin hökmdarı Tomris rolunu da özüm ifa etdim. Rejissor kimi əsərdə müəyyən ixtisarlar apardım, bu günümüzlə səsləşən monoloqlar yazdım.

“Məhsəti” və bir çox tamaşalarımıza quruluş vermişəm. Səhnə əsərlərimizlə Türkiyədə qastrol səfərlərdə olmuşuq. Ümumiyyətlə, Bələdiyyə Teatrının regionlarımızda və xarici ölkələrdə uğurlu çıxışları olub”.

Oxşar xəbərlər