
Xarici mətbuat xəbər verir ki, hadisə Amerikanın Pensilvanya əyaletinin Cumberland bölgəsində baş verib.
Hadisənin üstü təsadüfən açılıb. Belə ki, 31 yaşlı İngilis dili müəlliməsinin 18 yaşlı şagirdə göndərdiyi intim məzmunlu ismarış başqa bir şagird tərəfindən oxunub. Həmin şagird isə bu barədə dərhal rəhbərliyə məlumat verib.
Yeniyetmə dəfələrlə sinif otağında müəlliməsi ilə intim münasibətdə olduğunu etiraf edib. Haqqında cinsi təcavüz ittihamı irəli sürülən Emili Nesbit adlı müəllimə də günahını boynuna alıb.
Müəlliməni 7 il həbs cəzası gözləyir.