Trampın Davosa gedə bilmədi - Təyyarəsi geri qayıtdı-YENİLƏNİB

Trampın Davosa gedə bilmədi - Təyyarəsi geri qayıtdı-YENİLƏNİB ABŞ Prezidenti Donald Trampın olduğu təyyarə Vaşinqton yaxınlığındakı Endryus aviabazasına endikdən sonra Sürixə uçub.

"Report" xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ lideri daha kiçik ölçülü təyyarəyə keçib. Endryus aviabazasına geri qayıtmaq barədə qərar təyyarədəki elektrik avadanlıqlarında nasazlıq aşkarlandıqdan sonra verilib.

D.Tramp Davosda Dünya İqtisadi Forumunda iştirak edəcək.


***

ABŞ prezidenti Donald Trampın təyyarəsində nasazlıq aşkarlanıb.

Məlumatı Ağ Ev mətbuat xidməti yayıb. Bilidirilir ki, Davosa getmək üçün havaya qalxan təyyarə geri qayıdıb.

Vaşinqtona qayıdan təyyarədə elektrik təchizatı ilə bağlı problem yaranıb.

Ağ Ev mətbuat xidməti Trampın başqa təyyarə ilə Davosa yola düşəcəyini açıqlayıb.

Oxşar xəbərlər