İranda hərbi təyyarə yerə çırpıldı - Pilotlar sağ çıxdı

İranda hərbi təyyarə yerə çırpıldı - Pilotlar sağ çıxdı İran Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hərbi təyyarə ölkənin cənub-qərbindəki Buşehr əyalətində yerə çırpılıb.

İlkin məlumatlara əsasən, təlim-məşq uçuşları keçirən zaman təyyarədə texniki nasazlıq baş verib.

Rəsmi açıqlamada bildirilib ki, təyyarədəki 2 pilot qəzadan sağ çıxıb. Təyyarənin modeli haqqında isə məlumat verilməyib.

Oxşar xəbərlər