
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Trampın verəcəyi bəyanat Bakı vaxtı ilə təqribən saat 21:00-a planlaşdırılıb, lakin onun məzmunu hazırda gizli saxlanılır.
Bu gün Trampın Rusiya prezidenti Vladimir Putinə Ukrayna ilə sülh sazişi bağlamaq üçün verdiyi ultimatumun bitmə tarixidir.
Qeyd edək ki, bir gün əvvəl ABŞ-ın maliyyə naziri Skot Bessant Vaşinqton rus qoşunlarının Ukrayna şəhərlərini atəşə tutmasının artması ilə əlaqədar olaraq Rusiyaya qarşı yeni məhdudiyyətləri nəzərdən keçirdiyini bəyan edib.