“Başqa bir fars diktatoru yetər!” – İsrail nəşrindən İrana sərt mesaj

“Başqa bir fars diktatoru yetər!” – İsrail nəşrindən İrana sərt mesaj İranın gələcəyi ilə bağlı beynəlxalq mediada gedən müzakirələrdə bu dəfə olduqca kəskin və açıq mövqe ortaya qoyulub.

The Jerusalem Post nəşri dərc etdiyi analitik məqalədə Rza Pəhləvini nə müxalifətin real lideri, nə də İran cəmiyyətini birləşdirə biləcək fiqur kimi görür.

Yazıda qeyd olunur ki, Rza Pəhləvi daha çox “təcrid olunma simvolu” olaraq qalır və ölkə daxilində real sosial-siyasi dayaqlara malik deyil. Onun adı İranın gələcəyi ilə bağlı müzakirələrdə çəkilsə də, bu daha çox nostalji və xaricdən baxışın məhsulu kimi qiymətləndirilir.

Məqalədə xüsusilə vurğulanır ki, çoxmillətli və çoxkonfessiyalı İrana zorla daha bir fars diktatoru modelinin sırıdılması keçmişin səhvlərini təkrarlamaqdan başqa bir şey deyil. Nəşr yazır ki, belə yanaşma nə demokratiya, nə də milli barışıq gətirə bilər.
musavat.com
The Jerusalem Postun qənaətinə görə, İranın real çıxış yolu şəxslərə bağlanan layihələrdən deyil, geniş ictimai legitimliyə söykənən, inklüziv və daxildən formalaşan siyasi proseslərdən keçir. Əks halda, rejim dəyişsə belə, ölkə yeni bir avtoritar dövrə sürüklənə bilər.

Oxşar xəbərlər