
Bu barədə ABŞ və Avropa rəsmiləri “The Jerusalem Post”a bildiriblər.
Qeyd olunur ki, belə bir təklif verilərsə, bu, Amerikanın “uranın sıfır zənginləşdirilməsi” prinsipinə əsaslanacaq.
Eyni zamanda, nəşr İsrail rəsmisinə istinadən qeyd edir ki, İsrailə hələlik bu məsələ ilə bağlı heç bir rəsmi müraciət daxil olmayıb. "Tehran və Vaşinqton hazırda danışıqlar aparır. Eyni zamanda, biz getdikcə daha çox hədəfə zərbələr endirməyə davam edirik", - o qeyd edib.