Keçmiş istiqlalçı deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib

Keçmiş istiqlalçı deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib

Reallıq.TV-nin əldə etdiyi məlumata görə, o, xəstəlik səbəbindən dünyasını dəyişib.

Polis polkovniki A.Həsənov 1990-cı illərdə Şərur rayonunun polis rəisi vəzifəsini tutub. Həmin dövr ermənilərin Naxçıvana ardıcıl olaraq hücum etdiyi dövr olub. Sabiq polis rəisi Naxçıvanın ermənilərdən müdafiəsində aktiv iştirak edib.

Allahverdi Həsənov həmçinin 90-cı illərdə Ümummilli lider Heydər Əliyevin ən fəal dəstəkçilərindən biri olub. O, Ali Sovetin deputatı kimi 1991-ci ildə Azərbaycanın istiqlaliyyətinə səs vermiş 43 millət vəkilindən biri idi.

Qeyd edək ki, Allahverdi Həsənov hazırda Abşeron Rayon İcra hakimiyyətində baş məsləhətçi vəzifəsini tutan Nurlan Həsənovun əmisidir.



Oxşar xəbərlər