Ramil Usubov yeni rəis təyin etdi

Ramil Usubov yeni rəis təyin etdi Əliyev millət vəkilinin qardaşıdır

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov yeni polis rəisi təyin edib.

Nazirin imzaladığı əmrə əsasən, millət vəkili Sahib Əliyevin qardaşı Bayram Əliyev Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinə rəis təyin edilib.

Qeyd edək ki, bundan əvvəl Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin rəisi vəzifəsini Hikmət Usubov tutub. H.Usubov az öncə Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinə rəis təyin edilib.

Oxşar xəbərlər