Polis kapitanı Natiq Həsənov İsmayıllı Rayon Polis Şöbəsinin DYP bölməsinin rəisi vəzifəsinə təyin olunub.Publika.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.Qeyd edək ki, N.Həsənov bu təyinatadək Ağdaş Polis Şöbəsinin DYP bölməsinin yol-patrul xidmətinin baş inspektoru vəzifəsində çalışıb.