Makrondan Vaşinqton və Pekinə ağır ittihamlar

Makrondan Vaşinqton və Pekinə ağır ittihamlar Fransa prezidenti Emmanuel Makron ABŞ və Çini beynəlxalq öhdəliklərə sadiq qalmamaqda və Avropanın maraqlarını açıq şəkildə tapdalamaqda ittiham edib.

Makronun sözlərinə görə, ABŞ artıq formalaşmış və güclü dövlət olsa da, son illər tədricən bəzi müttəfiqlərindən uzaqlaşır və vaxtilə özü təşviq etdiyi beynəlxalq qaydalardan imtina edir. Fransa lideri bunu xüsusilə ticarət və təhlükəsizlik sahələrində açıq şəkildə hiss olunduğunu bildirib.

Makron Çinlə bağlı mövqeyində isə daha sərt ifadələr işlədib. Onun sözlərinə görə, hələ də yüksəliş mərhələsində olan Çin getdikcə daha nəzarətsiz və aqressiv kommersiya siyasəti aparır və bu yanaşma hazırda Avropa iqtisadiyyatını birbaşa sarsıdır.

Oxşar xəbərlər