Fransa Prezidenti Emmanuel Makron Aİ sammitinin yekununda verdiyi açıqlamada Avropanın Rusiya ilə dialoqu bərpa etməsinin vaxtının çatdığını bildirib.Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinlə birbaşa təmasların yenidən qurulması faydalı ola bilər.
“Mən hesab edirəm ki, Vladimir Putinlə yenidən danışmaq faydalı olacaq. Əks halda, biz nizamlanma məsələlərini yalnız öz aramızda və danışıqlar aparan nümayəndələrlə müzakirə edəcəyik ki, bu da optimal yanaşma deyil”, – deyə Makron vurğulayıb.
Fransa lideri bununla Ukrayna münaqişəsinin həlli və Avropanın təhlükəsizlik arxitekturası ilə bağlı qərarların Moskva olmadan effektiv şəkildə qəbul edilə bilməyəcəyinə işarə edib. Onun açıqlaması Aİ daxilində uzun müddətdir davam edən “Rusiya ilə təmas, yoxsa tam təcrid” mübahisələrini yenidən gündəmə gətirib.