ABŞ prezidenti Donald Trampın Venesuela ilə bağlı açıqlamaları neft bazarında dərhal reaksiya yaradıb. Tramp ABŞ-nin Venesuelanın neft ehtiyatlarına daha fəal nəzarət edə biləcəyini və ölkənin enerji sektorunun bərpası üçün iri şirkətlərin sərmayələrindən faydalanacağını bildirib.Bu xəbər investorları dərhal həvəsləndirib: “Chevron” səhm qiymətini təxminən 10% artırıb. Analitiklər onu əsas qazanclı şirkət hesab edir, çünki “Chevron” hazırda Venesuelada xüsusi icazə ilə fəaliyyət göstərir. “ConocoPhillips” və “ExxonMobil” də səhm qiymətləri artanlar sırasındadır. Bu şirkətlər keçmişdə Venesuelada millizasiyaya məruz qalmış aktivlər üzrə ödəniş almağı gözləyirlər – “ConocoPhillips”üçün bu məbləğ təxminən 8 milyard, “ExxonMobil” üçün isə 1 milyard dollardır.
Bundan əlavə, neft emalı və xidmət sahəsində fəaliyyət göstərən şirkətlərin səhmləri də bahalaşıb: Valero Energy, Phillips 66, Marathon Petroleum, PBF Energy, həmçinin SLB, Halliburton və Baker Hughes investorların diqqət mərkəzindədir.musavat.com
Qlobal bazarlarda isə neftin qiyməti geosiyasi gərginlik və nəql riskləri fonunda artıb, amma təklif artıqlığı səbəbindən kəskin yüksəliş hələ müşahidə olunmur. Analitiklər bildirir ki, Trampın açıqlamaları həm ABŞ neft sektorunda optimizm yaradıb, həm də qlobal enerji bazarları üçün yeni risk və perspektivlər açıb.