
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 9 ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 408,3 milyon manat olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz artıb.
Neft məhsullarından yanacaq mazutunun istehsalı 76,3 faiz azalıb. Avtomobil benzininin, ağ neftin, dizel yanacağının, sürtkü yağlarının, neft bitumunun və neft koksunun istehsalı isə artıb.