Makrondan Ərdoğana həm türkcə, həm də fransızca təbrik

Makrondan Ərdoğana həm türkcə, həm də fransızca təbrik Fransa Prezidenti Emmanuel Macron Rəcəb Tayyib Ərdoğanı yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib.

Tviter hesabından həm türkcə, həm də fransızca status yazan Makron deyib:

“Fransa və Türkiyənin birlikdə öhdəsindən gələcək böyük işlər var. Avropaya sülhün gəlməsi, Akdəniz İttifaqımızın gələcəyi… Yenidən seçilməyiniz münasibəti ilə təbrik edirəm. Prezident Ərdoğanla birlikdə irəliyə getməyə davam edəcəyik”, - Makron qeyd edib.

Oxşar xəbərlər