Şəmkirdə qəzada xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır - RƏSMİ - YENİLƏNİB

Şəmkirdə qəzada xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır - RƏSMİ - YENİLƏNİB Şəmkirdə avtomobil qəzasında xəsarət alan 12 nəfərdən ikisinin vəziyyəti ağırdır.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qurumdan bildirilib ki, xəsarət alanların 11-i qadın və biri kişidir.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Xəsarət alan şəxslərin müalicəsi tibb müəssisəsində davam etdirilir.

Hazırda 10 nəfərin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

***

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hərəkətdə olan "Mercedes" markalı mikroavtobus idarəetməni itirərək yol kənarındakı su kanalına aşıb.

Qəza nəticəsində 12 nəfər xəsarət alıb. Onlar Musayeva Aygün Rövşən qızı (1984), Hüseynova Aygül Həsən qızı (1958), Hüseynova Laləzar Göygöz qızı (1965), Məmmədova Afət Eyyub qızı (1962), Məmmədova Natella Müzəffər qızı (1966), Cəfərova Məlahət Cəfər qızı ( 1965), Səlimov Elman Rasim oğlu (1994), Musayeva Nuriyyə Köçəri qızı (1986), Musayeva Bəsti Köçəri qızı (1956), Əhmədova Gülnar Ramiz qızı (1987), Babayeva Mahirə Bayram qızı (1970) və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Şəmkir Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.

Məlumata görə, mikroavtobusda sürücü ilə birlikdə 23 sərnişin olub. Onların Yevlaxdan Şəmkirdə yerləşən istixanada işləməyə getdikləri bildirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublər, faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər