Sumqayıtda iki mikroavtobus toqquşub: Xəsarət alanlar var

Sumqayıtda iki mikroavtobus toqquşub: Xəsarət alanlar var Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, Sumqayıt şəhər sakini 1962-ci il təvəllüdlü Nazim Əyyub oğlu Əliyevin idarə etdiyi “Mercedes-Benz” markalı mikroavtobusla 1973-cü il təvəllüdlü Elxan Qulu oğlu Məmmədovun idarə etdiyi “Mercedes-Benz” markalı 521 saylı marşrut mikroavtobusu toqquşub.

Nəticədə 521 saylı marşrutda olan sərnişinlər 1986-cı il təvəllüdlü Elmina Məhəmməd qızı Məmmədova, 1973-cü il təvəllüdlü Vəfa Qardaşxan qızı Adıyeva, 2007-ci il təvəllüdlü Sevda Zaur qızı Məmmədli və 1998-ci il təvəllüdlü Türkan Atakişi qızı Atakişiyeva xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər