23 nəfəri daşıyan mikroavtobus kanala aşdı

23 nəfəri daşıyan mikroavtobus kanala aşdı Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hərəkətdə olan "Mercedes" markalı mikroavtobus idarəetməni itirərək yol kənarındakı su kanalına aşıb.

Qəza nəticəsində 6 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, mikroavtobusda sürücü ilə birlikdə 23 sərnişin olub. Onların Yevlaxdan Şəmkirdə yerləşən istixanada işləməyə getdikləri bildirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublər, faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər