Respublikaçı senator Berni Morenonun ikili vətəndaşlığı qadağan edən qanun layihəsi qüvvəyə minrəsə, o zaman bu qanun Prezident Donald Tramp ailəsinə də təsir edəcək. Belə ki, ABŞ-ın birinci xanımı Melaniya Tramp və onun Sloveniya vətəndaşlığına malik oğlu Barron bir il ərzində ondan imtina etməli olacaqlar.“Newsweek” xəbər verir ki, Tramp ailəsi ilə yanaşı, məhdudlaşdırıcı tədbirlər ABŞ, Cənubi Afrika və Kanada vətəndaşlığına malik amerikalı sahibkar İlon Maska da çamil olunacaq.
Məqalədə qeyd edildiyi kimi, qanun həmçinin Tom Hanks, Mila Kunis, Pamela Anderson və məşhurlar da daxil olmaqla aktyor və aktrisalara təsir göstərə bilər.
Əvvəllər ABŞ elan edib ki, ərizəçinin ölkədə qalmaq üçün layiqli hüququnu təmin etmək üçün təqdim edilmiş hər bir sığınacaq ərizəsini nəzərdən keçirəcək. ABŞ səlahiyyətliləri qaçqınların ABŞ-da sığınacaq axtarmalarının doğruluğunu təsdiqləmək üçün yoxlamalar aparmaq niyyətindədir.