![Tramp ordudakı milyardlarla yeyintini araşdırmağı tapşırdı](https://olke.az/photo/770x415/2025/02/10/1739167694_tramp.jpg)
Bu barədə ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.
Tramp müsahibəsində orduda yoxlamalara başlamaqla bağlı tapşırıqlar verdiyini bildirib. “Gəlin ordunu yoxlayaq”, - o qeyd edib.
Tramp əlavə edib ki, bununla bağlı Maska, bəlkə də, 24 saat ərzində Təhsil Nazirliyi ilə əlaqə saxmağı və yoxlamalara başlamağı tapşıracaq.
"Biz fırıldaqçılıq və milyardlarla, yüz milyonlarla dollardan sui-istifadə hallarını tapacağıq", - Tramp Müdafiə Nazirliyindəki (Pentaqon) yeyintilər haqqında deyib.
Pentaqonun büdcəsi ildə təxminən 1 trilyon dollar təşkil edir. Dekabrda ozamankı prezident Co Bayden sentyabrın 30-da başa çatacaq maliyyə ili üçün müdafiə xərclərinə 895 milyard dollar nəzərdə tutan qanun layihəsini imzalayıb.