İlon Mask iki günə 50 milyard dollar itirdi

İlon Mask iki günə 50 milyard dollar itirdi Amerikalı sahibkar İlon Mask iki günə 50 milyard dollardan çox vəsait itirib.

“Bloomberg” agentliyi xəbər verir ki, buna səbəb Maska məxsus “Tesla” şirkətinin səhmlərinin ucuzlaşması olub.

Şirkətin səhmləri isə Maskın tviter istifadəçilərinə “Tesla” şirkəti ilə bağlı sual verməsindən sonra ucuzlaşıb. Belə ki, Mask istifadəçilərə “Tesla” şirkətində sahib olduğu 10%-ə çatan payını satıb-satmaması ilə bağlı sual ünvanlayıb.

Bunun ardınca Nyu-Yorkda hərracların sonunda “Tesla” şirkətinin səhmlərinin dəyəri 16%-dən çox ucuzlaşıb.

Bu isə öz növbəsində, İlon Maskın sərvətinə də təsir edib və planetin ən varlı insanı iki gün ərzində 50 milyard dollardan çox vəsait itirib.

Bununla yanaşı qeyd etmək lazımdır ki, “Bloomberg” agentliyi noyabrın 8-i İlon Maskın sərvətini 323 milyard dollar olaraq qiymətləndirib.

Oxşar xəbərlər