
Bunu ABŞ Prezidenti Donald Tramp özəl sektora qayıdan ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) kuratoru İlon Maskla birlikdə Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib.
"Onlar sövdələşməyə üstünlük verirlər. Məncə, bu, çox da uzaq olmayan gələcəkdə baş verə bilər", - dövlət başçısı bildirib.
Tramp həmçinin vurğulayıb ki, Mask öz administrasiyasını həmişəlik tərk etməyəcək: "DOGE-nin bir çox əməkdaşı qalır. İlon da burada qalır. O, gəlib - gedəcək".(Report)