Bayraq öz yurduma öz hakimliyi.
İstiqlal şairimiz Bəxtiyar Vahabzadənin misraları bayrağımızın şəninə yazılan ən gözəl əsərlərdən biridir. Doğrudan da,bizim bayrağımız zəfər bayrağıdır .Hələ 1918-ci ildə Şərq aləminin ilk respublika quruluşu Azərbaycan Xalq Cümhuriyyəti yarananda da bu bayrağımız şəhidlərimizin qanı-canı bahasına Azərbaycan səmasında dalğalanmışdı.İkinci dəfə müstəqilliyimizi bərpa edərkən də yenə Azərbaycan xalqının mərd oğul və qızlarının qanı bahasına başımız üzərinə qaldırıldı.
Ulu Öndərimiz misilsiz uzaqgörənlik edərək Naxçıvan Muxtar Respublikanın Milli Məclisində Sovet Azərbaycanının bayrağının əvəzinə, üçrəngli bayrağımızı qəbul etmək haqqında mühim bir qərar verdi.Hələ SSRİ kimi imperiyanın dağılmadığı bir dövrdə bu hədsiz dərəcədə cəsarətli bir addım idi.
Amma Ulu Öndərimiz hər zamankı kimi xalqının milli varlığını,dəyərlərini gözəl qiymətləndirir, zamanında düzgün qərarlar verirdi. O üçrəngli bayrağımızın hansı məfkurə daşıdığını çox gözəl bilirdi və ona görə də artıq bu milli məfkurənin ətrafında birləşməyin vaxtı çatdığını xalqına yol göstərirdi.
Şəhidlərimizin,qazilərimizin qanı ilə yoğrulmuş azad Azərbaycan torpağının hər bölgəsində bayrağımız şərəflə,şanla dalğalanır. Ay-ulduzlu üçrəngli bayrağımız, doğrudan da ,Zəfər bayrağıdır. Çünki Azərbaycanın mərd oğulları azad etdikləri hər qarış torpaqda ilk olaraq müqəddəs bayrağımızı ucaldırdılar. Bayrağımız qürur mənbəyimiz,and yerimiz,müqəddəs şəhidlərimizin yadigardır.Üçrəngli bayrağımız dünya durduqca yaşa,varlığımızın simvolu olaraq hər zaman başımız üzərində dalğalan!
Sabunçu rayonu C.Məmmədyarov adına 155 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vəliyeva Humay