Azərbaycan Respublikasının Dövlət Bayrağı qürur mənbəyimizdir

Azərbaycan Respublikasının Dövlət Bayrağı qürur mənbəyimizdir Bugün hakimliyini təsdiq edən üçrəngli bayrağımızın qürurla dalğalandığının şahidi bütün dünyadır. Azərbaycan Respublikasının Dövlət Bayrağı qürur mənbəyimizdir. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti vəsatətə baxıb bu bayrağın yenidən Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etmişdir.

Növbəti addım isə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən atılmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev noyabr ayının 9-nun ölkədə "Dövlət Bayrağı Günü" kimi qeyd edilməsi haqqında sərəncam imzaladı.

2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək Dövlət Bayrağının xüsusi əhəmiyyətini vurğuladı: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!”

Və o möhtəşəm gün gəldi. Biz xoşbəxt nəsilik ki, bugün Dövlət bayrağımızın işğaldan azad olunduğu ərazilərdə dalğalandığının canlı şahidi olduq.

Ramana qəsəbəsi, E.Ağayev adına 198 nömrəli tam orta məktəbin

direktoru Şəlalə Nadirova

Oxşar xəbərlər