Üçrəngli bayrağımız hər birimizdə vətənə sevgi hisləri yaradır

Üçrəngli bayrağımız hər birimizdə vətənə sevgi hisləri yaradır Müqəddəs rəmzlərdən sayılan üçrəngli bayrağımız hər birimizdə vətənə sevgi hisləri yaradır. Gənc nəslin Azərbaycan bayrağına hörmət ruhunda tərbiyə edilməsi, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmləndirilməsinə xidmət göstərir.
Cəng meydanında şəhidimin ürəyidir,ən uca zirvədə dalğalanan qalibiyyətim,körpəmin azad gıləcək simvoludur bayraq.Bayrağım mənim qürurum, millətimin imzasını, kimliyini isbat edən varlığımdır. B.Vahabzadə “Bayraq” şeirində bayrağımızı bu cür tərənnüm edir:
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq öz yurduma öz hakimliyim!
1918-ci il noyabrın 9-da Bakı şəhərində parlament binasının üzərində üçrəngli milli bayrağımız dalğalanır və digər şair və yazarlar kimi Ə.Cavadı da riqqətə gətirmiş və “Azərbaycan bayrağına” şeirini yazmışdır.
1990-cu il noyabrın 7-də üçrəngli bayrağımız ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respuklimızın dövlət bayrağı kimi təsdiqləndi.1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikamızın Ali Soveti üçrəngli bayrağımızın Azərbaycan dövlət bayrağı kimi təsdiq olunması haqqında konstitusiya qanununu qəbul etdi.
Üçrəngli bayrağımıza dərin məhəbbət rəmzi olaraq hər il noyabrın 9-u Konstitusiyada bayraq bayramı kimi qeyd olunur.
Bayrağımız respublikada fəaliyyət göstərən xarici ölkə səfirliklərinin yerləşdiyi binalarda, dövlət başçımız xarici ölkələrə səfərə gedərkən milli bayrağımız onu qəbul edən dövlət tərəfindən qaldırılır.
Bayrağımıza hörmət əlaməti olaraq bayrağımızı öpüb gözümüzə qoyuruq.
Bayrağımız, həmçinin şəhid ruhlarının daşıyıcısıdır. Torpaqlarımızın müdafiəsində qəhrəmanlıqla şəhid olan qəhrəmanlarımız dəfn edilərkən cənazələri üçrəngli bayrağımıza bürünmüşdür.
İnanırıq ki, müstəqil AZərbaycanımız möhkəmlənib bərqərar olduqca 3 rəngli milli bayrağımız daha yüksəklərə ucalacaq, bir daha enməyəcək..!
Həmçinin rəsmi tədbirlər zamanı, matəm günlərində və matəm mərasimlərində istifadəsi, digər bayraqlarla birgə qaldırılması və yerləşdirilməsi, habelə Dövlət bayrağının istifadəetəsinə dair tələblər müəyyən edilmişdir. Tədbirlər, mərasimlərlə yanaşı idman yarışlarında da bayrağımız qaldırılaraq milli birliyi təcəssüm edir.
Ulu Öndər Heydər Əliyev demişdir: “ Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir”. “Kİm Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o bu bayraq altında birləşməlidir”
Çox şükürlər olsun ki, belə də oldu. Xalqımız Xalq Cümhuriyyətinin yadigarı olan bayrağımızı Qarabağımızda dalğalandırdı.
Üç rəngli bayrağınla məsud yaşa, Azərbaycan!

Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
Azərbaycan dili və Ədəbiyyat müəllimi Səadət Qədimova

Oxşar xəbərlər