Bakıda qadınların 200-1000 manata aşkar "satışa" çıxarıldığı əxlaqsız sayt kimindir?

Bakıda qadınların 200-1000 manata aşkar Bakıda qadınları fahişəliyə cəlb edərək gəlir əldə edən şəxs hakim qarşısına çıxarılıb. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində "escort.aze" adlı Telegram kanalının admini saxlanılıb.

34 yaşlı Bəhruz Səfərov (ad şərtidir) sosial şəbəkədə yaratdığı qrup vasitəsilə 8 qadının yarıçılpaq foto və videolarını yayaraq onların reklamını təşkil edib. O, bu fəaliyyəti qarşılığında qadınlardan hər həftə müəyyən məbləğdə pul yığıb. İstintaq materiallarında Bəhruzun "Batya" və "Fidoş" ləqəbli şəxslərlə əlbir olduğu, müştərilərin müxtəlif otellərə yönləndirildiyi qeyd olunur.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs ailəli olduğunu və taksi fəaliyyəti ilə məşğul olduğunu bildirib. O, əməlini maddi qazanc əldə etmək məqsədilə törətdiyini etiraf edərək peşman olduğunu deyib.

Zərərçəkən qadınların acı taleyi isə diqqət çəkib. Onların arasında boşanmış qadınlarla yanaşı, hələ yetkinlik yaşına çatmayan 16 yaşlı qızın da olduğu üzə çıxıb. Qadınlar ifadələrində çarəsizlikdən bu yola əl atdıqlarını bildiriblər.

Məhkəmənin qərarı ilə Bəhruz Səfərova qarşı 3000 manat məbləğində cərimə cəzası kəsilib. Onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilib.(lent.az)

Bakıda qadınların 200-1000 manata aşkar "satışa" çıxarıldığı əxlaqsız sayt kimindir?

Oxşar xəbərlər