9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın azadlıq ruhuna, dövlətimizə sədaqətinə və milli birliyinə ehtiramın təntənəsidir

9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın azadlıq ruhuna, dövlətimizə sədaqətinə və milli birliyinə ehtiramın təntənəsidir
Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, azadlıq iradəsini və müstəqil dövlətçiliyini əks etdirən müqəddəs rəmzdir. Üçrəngli bayrağımız ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmişdir. O dövrdən etibarən bu bayraq azərbaycançılıq ideyalarının, milli birliyin və azadlıq arzularının simvoluna çevrilmişdir.
Ulu Öndər Heydər Əliyev 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının yenidən qaldırılması barədə tarixi qərarın qəbul edilməsinə rəhbərlik etmişdir. Bu hadisə müstəqil dövlətçiliyimizin bərpasına doğru atılmış ən mühüm addımlardan biri olmuşdur. Ulu Öndər demişdir: “Azərbaycan Bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir.”
Cənab Prezident İlham Əliyev bu ənənəni uğurla davam etdirərək, Dövlət Bayrağımıza olan ehtiramı daha da ucaldıb. Onun təşəbbüsü ilə 2010-cu ildə Bakıda Dövlət Bayrağı Meydanı yaradılmış və bayrağımız dünyanın ən hündür dirəklərindən birində dalğalanmışdır. Prezidentin sözləri ilə desək: “Bayrağımız canımızdır, ürəyimizdir. O, bizim qürur mənbəyimizdir.”
Bu gün üçrəngli bayrağımız təkcə dövlət idarələrinin, məktəblərin və meydanların üzərində deyil, hər bir azərbaycanlının qəlbində dalğalanır. 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın azadlıq ruhuna, dövlətimizə sədaqətinə və milli birliyinə ehtiramın təntənəsidir. Bu bayraq daim uca tutulacaq, müstəqil Azərbaycanın səmasında əbədi dalğalanacaqdır!


96 nömrəli məktəbin ibtidai sinif müəllimi
Xanım Ələkbərova-Əlixanlı


Oxşar xəbərlər