
“Qafqazinfo”nun “Axios”a istinadən məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio, Pentaqonun rəhbəri Pit Heqset, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Retkliff və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn də Trampla birgə Yaxın Şərqə yollanır.
Qeyd edək ki, ABŞ lideri Misirdə Qəzza məsələsinə həsr olunmuş sülh sammitində iştirak edəcək.