
Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
“Katib Rubionun yüksək səviyyəli rəsmilərlə görüşləri qlobal və regional çağırışların həlli yollarını tapmağa, ikitərəfli ticarət və investisiyaları genişləndirməyə və strateji tərəfdaşlığımızı təsdiq etməyə kömək edəcək”, - deyə məlumatda bildirilir.
Bəyanatda deyilir ki, Rubio Yaxın Şərqə səfərindən sonra mayın 14-16-da NATO xarici işlər nazirlərinin alyansın təhlükəsizlik prioritetlərini, o cümlədən müttəfiqlərin müdafiə investisiyalarının artırılması və Rusiya-Ukrayna müharibəsinə son qoyulmasını müzakirə etmək üçün qeyri-rəsmi toplantıda iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə gedəcək.
“Bu ilin iyununda Haaqada keçiriləcək NATO Zirvəsi ərəfəsində dövlət katibi, müttəfiqlərimizin NATO-nun daha güclü və təsirli olması üçün öz ədalətli payını verməsini təmin etmək üçün Prezident Trampın gündəliyini irəli sürəcək”, - bəyanatda deyilir.