
“Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan möhtəşəm idi. O, bu prosesə həqiqətən kömək etdi. Türkiyə liderinə çox hörmət edirlər. Onun çox güclü milləti, çox güclü bir ordusu var”, - o bildirib.
Atəşkəsin davam etməsi üçün bir çox səbəbin olduğunu vurğulayan Tramp qeyd edib: “İnsanlar bezib. Əsrlərdir insanlar bezib. Məncə, artıq hər kəs yerini bilir. Bu sülh həm İsrail, həm ətrafdakı müsəlman ölkələri, həm də hər kəs üçün əla olacaq”.