
Bunu ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə Suriya məsələsinə toxunarkən deyib.
“Onlar 2000 ildə edilməmiş şeyi etdilər. Bu, Ərdoğanın uğurudur. Bu həm də Türkiyənin uğurudur. Bu, Türkiyə üçün bir qələbədir”, - Tramp qeyd edib.
Suriyanın yeni administrasiyasının ölkəni inkişaf etdirmək səylərinə toxunan Tramp deyib ki, Suriya üzərindən sanksiyaları da Ərdoğanın istəyi ilə qaldırdım.