
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Ticarət naziri Ruhsar Pekcan deyib. Onun sözlərinə görə, bu göstərici respublika tarixində qeydə alınan ən böyük göstəricidir. Keçən ilin analoji dövrü ilə müqayisədə noyabr ayında Türkiyənin ixracatı 9,49% artıb. Son 12 ayda isə ölkə ixracatını 7,8% artırıb.
O, ixracatın artması qarşılığında idxalatın noyabr ayında 21% azaldığını və 16,136 milyard dollar təşkil etdiyini bildirib.