Azərbaycan-Türkmənistan münasibətləri regional sabitlik və davamlı inkişaf üçün nümunəvi modeldir

Azərbaycan-Türkmənistan münasibətləri regional sabitlik və davamlı inkişaf üçün nümunəvi modeldir
Azərbaycan-Türkmənistan münasibətləri qədim tarixə, ortaq köklərə və birgə mədəni-mənəvi dəyərlərə əsaslanan möhkəm təməllər üzərində qurulub. Bu gün də ikitərəfli münasibətlər məhz tarixi dəyərləri rəhbər tutaraq qarşılıqlı etimad, dostluq və strateji tərəfdaşlıq istiqamətində daha da dərinləşir və regionun sabitliyinə, rifahına ciddi töhfələr verir. "Azərbaycan Prezidentinin Türkmənistanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verməsi, dövlət başçıları arasında formalaşmış qarşılıqlı hörmət və siyasi harmoniyanın nəticəsidir ki, bu gün iki qardaş ölkə arasında çoxşaxəli əməkdaşlıq daha da genişlənir.
Xüsusilə enerji sahəsindəki əməkdaşlıq – 2021-ci ildə “Dostluq” yatağının birgə işlənməsi ilə bağlı əldə edilən razılaşma – təkcə iqtisadi deyil, siyasi baxımdan da qarşılıqlı etimadın mühüm göstəricisidir. Nəqliyyat və logistika sahəsində, o cümlədən Bakı-Türkmənbaşı marşrutu üzrə konteyner daşımalarının kəskin artması bu əlaqələrin konkret nəticələr verdiyini sübut edir. Azərbaycan şaxələndirililmiş nəqliyyat kommunikasiyası sayəsində Türkmənistanın təbii ehtiyatlarının, xüsusilə təbii qazın Avropa bazarlarına çıxarılmasında mühüm rol oynaya bilər. Artıq bu istiqamətdə qarşılıqlı müsbət fikir birliyinin şahidi oluruq.
Türk Dövlətləri Təşkilatının fəal üzvü olan Azərbaycan Türkmənistanın bu platforma çərçivəsində rəsmi üzv kimi təmsil olunmasında maraqlıdır. Çünki vahid türk ailəsi müasir qlobal çağırışlara adekvat reaksiya vermək kontekstində olduqca əhəmiyyətlidir. Eyni zamanda, bu əməkdaşlıq təkcə siyasi deyil, həm də mədəni, humanitar və sosial sahələrdə özünü göstərir.
Azərbaycanla Türkmənistan arasındakı münasibətlər regional sabitlik və davamlı inkişaf üçün nümunəvi modeldir. Əminik ki, bu strateji tərəfdaşlıq gələcəkdə daha da möhkəmlənəcək, ortaq tariximizin və dəyərlərimizin işığında daha böyük uğurlara imza atacaq.
Gülşən Cabbarova-1 saylı Uşaq Somatik sanatoriyasının baş həkimi

Oxşar xəbərlər