Səfər çərçivəsində aparılan müzakirələr və əldə olunan razılaşmalar Azərbaycan ilə Türkmənistan arasında etimadın daha da möhkəmlənməsinə xidmət edir

Səfər çərçivəsində aparılan müzakirələr və əldə olunan razılaşmalar Azərbaycan ilə Türkmənistan arasında etimadın daha da möhkəmlənməsinə xidmət edir Ulu keşmişdən bizə miras qalan bir mənəvi dəyər də var:-qardaşlıq.Əsrlərin arxasından boylanan turançılıq məfkurəsi bu günkü gerçəklikdə daha aydın konturları cızmaqdadır.Ortaq soykökü olmaq etibarilə türkmən türkləri ilə biz-azərbaycan türkləri arasında bağlılıq həmişə özünü büruzə vermişdir.
Bu günlərdə cənab Prezident İlham Əliyevin Türmənistan Respublikasına işgüzar səfəri qapşılıqlı anlaşma və yüksək səviyyəli protokolların imzalanması şəraitində keçmişdir.Tədbirdə çıxış edən dövlət başçımızın Avaza şəhərində bəyanatı rəsmilərin və media mənsublarının diqqətini çəkməkdədir.
Cənab İlham Əliyev öz çıxışında Azərbaycan-Türkmənistan münasibətlərinin dərin analizini verməklə yanaşı,iki qardaş ölkənin mövqelərinin üst-üstə düşməsinə dərin inamını sərgiləmişdir.Müdrik siyasi lider onu da vurğulamıçdır ki,bu gün Türkmənistan etibarlı əllərdədir.
Onu da qeyd edək ki,cari ilin iyul ayında qardaş ölkənin dövlət başçısı cənab İlham Əliyevin dəvəti ilə Azərbaycana səfər etmişdi.İki gün davam edən səfər əsnasında həm Bakıda,həm də Qarabağda bir çox məsələlər çözülmüş,rasional ideyalar dəstəklənmişdir.
Səfər çərçivəsində aparılan müzakirələr və əldə olunan razılaşmalar Azərbaycan ilə Türkmənistan arasında etimadın daha da möhkəmlənməsinə xidmət edir. İki ölkə yalnız siyasi və iqtisadi sahələrdə deyil, həm də mənəvi və mədəni sahədə ortaq dəyərlərə sahibdir. Prezidentin çıxışında vurğulandığı kimi, əsrlər boyu bir-birinə yaxın yaşayan Azərbaycan və Türkmənistan xalqları bu gün də qardaş kimi bir-birinə bağlıdır.
Azərbaycan Prezidentinin səfəri həm də region üçün mühüm mesaj daşıyır. Azərbaycan və Türkmənistan strateji tərəfdaş və qardaş ölkələr kimi, qarşılıqlı hörmət və etimad prinsipləri əsasında, bütün məsələləri sülh yolu ilə həll etməyə sadiqdir. Bu, regionda sabitliyin və inkişafın təmin olunması üçün vacib bir göstəricidir. Həmçinin bu səfər çoxtərəfli əməkdaşlıq formatlarının genişlənməsi üçün əhəmiyyətlidir. Azərbaycan və Türkmənistanın digər qonşu ölkələrlə ortaq layihələr həyata keçirməsi, enerji, nəqliyyat və ticarət sahələrində əməkdaşlığın inkişafı gələcəkdə regionun strateji mövqeyini daha da gücləndirəcək.
Dövlətimizin başçısı çıxışında, həmçinin vurğuladı ki, bu görüşlər çərçivəsində iki ölkənin iqtisadiyyat, ticarət, investisiya və infrastruktur sahələrində əməkdaşlıq imkanları genişləndiriləcək. Bu əməkdaşlıq regionda həm iqtisadi inkişaf, həm də iş yerlərinin yaradılması baxımından böyük əhəmiyyət daşıyır. Xüsusilə enerji və nəqliyyat sektorlarında həyata keçiriləcək ortaq layihələr iki ölkə arasında strateji tərəfdaşlığı daha da dərinləşdirəcək.
“Prezidentin səfəri həm də mədəni və humanitar sahədə əməkdaşlığın gücləndirilməsinə yönəlib. İki ölkə arasında təhsil, mədəniyyət, elm və turizm sahələrində əməkdaşlıq imkanları artırılır, gənclər və tələbələr üçün mübadilə proqramları genişləndirilir. Bu da xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmlənməsinə xidmət edir. Səfər zamanı imzalanan sənədlər və razılaşmalar Azərbaycan və Türkmənistanın gələcəkdə birgə layihələr həyata keçirməsi üçün zəmin hazırlayır. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin səfəri Türkmənistanla əməkdaşlığın yeni mərhələsinin başlanğıcı olmaqla yanaşı, regionun inkişafında və xalqlar arasında dostluğun möhkəmlənməsində mühüm rol oynayır. Bu səfər, eyni zamanda, iki ölkə arasında ortaq maraqlar və ortaq layihələrin həyata keçirilməsinin göstəricisi kimi diqqətəlayiqdir. Azərbaycan və Türkmənistan bundan sonra da çiyin-çiyinə addımlayacaq, bütün məsələləri dostluq, qardaşlıq və strateji əməkdaşlıq prinsipləri əsasında həll edəcək


Zabrat qəsəbəsi, 192 saylı tam orta məktəbin
tarix müəllimi Elxan İsmayılov




Oxşar xəbərlər