Prezident İlham Əliyevin Türkmənistana səfəri-tarixi Zirvə görüşü,Azərbaycan-Türkmənistan qardaşlığının təcəssümüdür

Prezident İlham Əliyevin Türkmənistana səfəri-tarixi Zirvə görüşü,Azərbaycan-Türkmənistan qardaşlığının təcəssümüdür
2025-ci il 22 avqust tarixində Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan,Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə yüksək səviyyəli görüş keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,Türkmən xalqının Milli Lideri,Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikasının,Türkmənistanın və Özbəkistan Respublikasının Birgə Bəyanatı”nı qəbul etdilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyanatla çıxış edərək üçtərəfli əməkdaşlığın perspektivlərini və qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayıb.Prezident qeyd edib ki,Türkmənistan etibarlı inkişaf yolundadır və bu,ölkə rəhbərliyinin müdrik siyasətinin nəticəsidir.Prezident İlham Əliyev türk dünyasında mövcud mədəni və siyasi yaxınlığı xüsusi vurğulamış,görüşü “tarixi əməkdaşlığın yeni mərhələsi” kimi dəyərləndirmişdir.Avaza şəhərində imzalanan sənədlər sırasında Arxadağ və Füzuli şəhərlərinin qardaşlaşma sənədi də var ki,bu da xalqlar arasında sarsılmaz birliyin rəmzi kimi dəyərləndirilib.
Görüşdə Türkmənistanın hədiyyəsi olaraq Füzulidə məscid inşa edəcəyi açıqlanıb.Məscidin azad olunmuş ərazilərimizdə inşası isə qardaş ölkənin yenidənqurma işlərinə dəstəyini ifadə edir.Cənab Prezident bu təşəbbüsü yüksək qiymətləndirərək,bunun Azərbaycan-Türkmənistan qardaşlığının təcəssümü olduğunu bildirib.
Prezident İlham Əliyev həmçinin Xankəndində Özbəkistanın təşəbbüsü ilə yaradılan böyük tikiş fabriki və Füzulidə inşa olunan 960 şagirdlik məktəbin Qarabağın bərpasına mühüm töhfə verdiyini vurğulayıb.
Əməkdaşlığın əsas istiqamətlərindən biri də nəqliyyat sektorudur.Hər üç ölkə “Böyük İpək Yolu”nun bərpası üçün Avropanı Asiya ilə birləşdirən nəqliyyat dəhlizləri çərçivəsində əlaqələri genişləndirmək barədə razılığa gəliblər.Xüsusilə,Mərkəzi Asiyanın və Xəzər hövzəsinin nəqliyyat infrastrukturunun gücləndirilməsi imkanları nəzərdən keçirilib.Prezident İlham Əliyev bu istiqamətdə Türkmənistan və Özbəkistanla əməkdaşlığa xüsusi önəm verdiyini qeyd etmişdir.
Görüş zamanı energetika sahəsi üzrə də ciddi müzakirələr aparılmış,SOCAR-ın Türkmənistanın qaz və neft sektorunda əməkdaşlıq perspektivləri nəzərdən keçirilmişdir.
Cənab Prezident çıxışında Azərbaycanın hər iki qardaş ölkə ilə münasibətlərinin təkcə sözlə deyil,əməldə də dostluq və qardaşlıq üzərində qurulduğunu bildirib.
Azərbaycan və Türkmən xalqları əsrlər boyu ortaq tarixi köklərə,zəngin mədəniyyətə,oxşar adət ənənələrə sahib olmuş xalqlardır.Azərbaycan və Türkmən xalqları arasındakı dərin tarixi bağlar yalnız dil və mədəni yaxınlıqla məhdudlaşmır,həmçinin qardaşlıq münasibətləri,qarşılıqlı hörmət və dostluq ənənələri ilə möhkəmlənir.
Bu gün Azərbaycan-Türkmənistan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi xalqlarımızın qardaşlıq bağlarının təbii nəticəsi,ortaq tariximizin yeni mərhələdə davamıdır.


Pirşağı qəsəbəsi,112 nömrəli tam orta məktəbin
kimya müəllimi Sürəyya Xəlilova

Oxşar xəbərlər