Tramp həyat yoldaşının şəxsi məktubunu Putinə təqdim edib - Reuters

Tramp həyat yoldaşının şəxsi məktubunu Putinə təqdim edib - Reuters ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Meleniya Trampın Rusiya prezidenti Vladimir Putinə şəxsi məktub yazıb və Tramp həmin məktubu Alyaskada görüşü zamanı ona təqdim edib.

“Reuters” xəbər verir ki, Tramp Alyaskada apardıqları danışıqlar zamanı məktubu Putinə şəxsən verib.

Nəşrin yazdığına görə, məktubda Ukraynadakı müharibə nəticəsində uşaqların qaçırılması ilə bağlı olub. Lakin məktubun tam məzmunu bəlli deyil.

“The Times” daha əvvəl yazıb ki, Rusiya öz xalqına qarşı döyüşmək üçün Ukrayna ərazisindən oğurlanmış uşaqlardan istifadə edir. 2014-cü ildən bəri 35.000-dən çox uşaq zorla çıxarılıb, onların çoxu indi 18 yaşına çatdıqdan sonra Rusiya ordusuna qoşulur.

Oxşar xəbərlər