
"Bu barədə ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə danışıqlardan bəhs edərkən deyib.
Liderlərin görüşü 3 saatdan çox çəkib. Hər iki prezident danışıqları "konstruktiv" adlandırıb.
Rusiya-Amerika sammitinin yekunları üzrə ABŞ-li həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında çıxış edən Rusiya Prezidenti Vladimir Putin deyib ki, Donald Tramp ABŞ prezidenti olsaydı, müharibədən yayınmaq olardı.
Rusiya Prezidentinin sözlərinə görə, üç saata yaxın davam edən dar formatlı görüşdə tərəflər geniş spektrli məsələləri, o cümlədən Rusiya-Ukrayna münaqişəsinin həlli yollarını müzakirə ediblər.
Mətbuat konfransı zamanı Putin Donald Trampı Moskvaya səfərə dəvət edib. "Yəqin ki, məni qınayacaqlar, amma düşünürəm ki, bu tamamilə mümkündür", - deyə Tramp cavab verib.
"Razılaşdığımız çox sayda məqamlar var idi. Bir neçə böyük məsələ var ki, hələ tam razılığa gəlməmişik lakin müəyyən irəliləyiş əldə etmişik", - deyə o bildirib.
Donald Trampın qısa çıxışından sonra mətbuat konfransı başa çatıb.
Onlar üçün nəzərdə tutulan işgüzar nahar yeməyi ləğv edilib.
ABŞ lideri "Fox News" telekanalına müsahibəsində Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi barədə sualı cavablandırarkən deyib: "Bu gün baş verənlərə görə düşünürəm ki, indi bunu düşünməyimə ehtiyac yoxdur. Bilirsiniz, hesab edirəm ki, görüş çox yaxşı keçdi. Ola bilsin ki, iki və ya üç həftə sonra və ya bu kimi müddətdə bunu düşünməli olacağam, lakin məhz indi bunu düşünməyimizə ehtiyac yoxdur", - deyə Ağ Ev rəhbəri əlavə edib.
Xarici media Putin-Tramp görüşünün nəticələri ilə bağlı Alyaskada.
Sky News: Tramp və Putin Ukrayna danışıqlarında bir çox məsələlərdə razılığa gəliblər, lakin az təfərrüat verirlər;
Fokus: Tramp birdən özünü qonaq kimi aparır: Alyaska sammitindən dörd diqqətəlayiq nəticə;
Zeit: Donald Tramp hələ Ukrayna ilə bağlı razılaşma görmür;
VnExpress (Vyetnam): Putin və Tramp sammitdə böyük irəliləyiş elan etdilər;
Politico: Putinin Alyaskada qələbəsi;
Le Figaro: Alyaska sammiti: Tramp deyib ki, hələlik Putinlə Ukrayna ilə bağlı razılaşma yoxdur, lakin görüş “çox müsbət” keçib;
IndiaTV: Tramp Putinlə sammiti “məhsuldar” adlandırıb. Rusiya lideri növbəti görüşün Moskvada keçirilməsini təklif edir.