İlham Əliyev Vladimir Putinə başsağlığı verib

İlham Əliyev Vladimir Putinə başsağlığı verib “Uşaqların həlak olması xəbəri məni dərindən kədərləndirib”

Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə başsağlığı məktubu göndərib.

Məktubda deyilir:

“Kareliyadakı Syamozero gölündə fırtına nəticəsində uşaqların həlak olması xəbəri məni dərindən kədərləndirib.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm”.

Qeyd edək ki, fırtına nəticəsində içərisində uşaqlar olan iki qayıq batıb. Nəticədə 13 uşaq ölüb, bir uşağın meyitinin axtarışları davam etdirilir.

Oxşar xəbərlər