
Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
“Son söz ali rəhbər Ayətullah Əli Xameneiyə məxsusdur. KİV-dəki mənbələrin məlumatına görə, o və ruhanilər İran İslam Respublikasının “sağ qalması” üçün həyati əhəmiyyət kəsb edən danışıqları davam etdirmək barədə razılığa gəliblər”, - agentlik yazıb.
Eyni zamanda, İran Xarici İşlər Nazirliyi nüvə danışıqlarının bərpası ilə bağlı hələlik rəsmi qərarın verilmədiyini bildirib.