Xamenei: İŞİD İranı məhv etmək üçün yaradılıb

Xamenei: İŞİD İranı məhv etmək üçün yaradılıb “Lakin İranın düşmənləri bu müharibədə məğlub olacaqlar...”

İŞİD terror qruplaşmasını yaradanların əsas məqsədi İranı məhv etmək olub.

TASS-ın məlumatına görə, bu barədə İranın ali lideri Ayətullah Əli Xamenei bildirib.

“İŞİD terror qruplaşmasının əsas vəzifəsi İranı zəbt və məhv etməkdir. İraq və Şamın (Suriyanın tarixi adı) işğalı bu məqsədə çatmaqda hazırlıq mərhələsi olub. Lakin İranın düşmənləri bu müharibədə məğlub olacaqlar, çünki onlar İranın gücünü lazımınca qiymətləndirmirlər. İran onu dizi üstünə çökdürmək istəyənləri birinci çökdürəcək”, - deyə Xamenei bildirib.

Oxşar xəbərlər