İranda hökumətin süqutu bütün Yaxın Şərqi silkələyəcək – neft və qaz qiymətləri partlayacaq

İranda hökumətin süqutu bütün Yaxın Şərqi silkələyəcək – neft və qaz qiymətləri partlayacaq Macarıstanın Baş naziri Viktor Orban İranda mümkün hökumət dəyişikliyi ilə bağlı ciddi xəbərdarlıqla çıxış edib.

Onun sözlərinə görə, İran hakimiyyətinin süqutu Yaxın Şərqdə dərin geosiyasi qeyri-sabitliyə səbəb olacaq və bu, dünya bazarlarında neft və qaz qiymətlərində kəskin artıma yol aça bilər.

Orban qeyd edib ki, nə Macarıstan, nə də digər ölkələr bu ssenaridə maraqlı deyil. “Belə bir inkişaf dünya iqtisadiyyatına zərbə vuracaq. Enerji qiymətləri nəzarətdən çıxacaq. Bu, hər bir dövlətin maraqlarına ziddir,” – deyə o bildirib.

Macarıstan rəhbəri beynəlxalq ictimaiyyəti regionda sabitliyi qorumağa çağırıb və əlavə edib ki, İranın daxili siyasi sabitliyi təkcə regional deyil, qlobal enerji təhlükəsizliyi üçün də kritik əhəmiyyət daşıyır.

Oxşar xəbərlər