
Bu barədə koalisiya qüvvələrindən məlumat verilib. Verilən məlumata görə, əməliyyat koalisiya qüvvələrinin qırıcıları tərəfindən keçirilib.
“İŞİD terrorçularının məskənləri bombalanarkən terrorçuların 4 əsas rəhbəri öldürülüb. Öldürülən terrorçular yüksək rütbəli liderdir. Məhv edilən şəxslər terrorçuların “vuran əli” olub. Onlar terror aktlarının təşkilində, terrorçuların təlimində və digər hərbi əməliyyatların keçirilməsində xüsusi rolu olub”, - deyə məlumatda bildirilib.
Qeyd edilir ki, öldürülən həmin şəxslər həm Suriya və İraq ərazilərində, həm də dünyada törədilən terror aktlarının hazırlanmasında iştirak ediblər.