Şuşa Bəyannaməsinin strateji-hüquqi əhəmiyyəti Türkiyə və Azərbaycanın beynəlxalq müstəvidə ikitərəfli əməkdaşlığını təsbit edir

Şuşa Bəyannaməsinin strateji-hüquqi əhəmiyyəti Türkiyə və Azərbaycanın beynəlxalq müstəvidə ikitərəfli əməkdaşlığını təsbit edir
2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərində siyasi-hüquqi, hərbi-geostrateji Şuşa Bəyannaməsini imzaladılar.
Şuşa Bəyannaməsi, tarixi Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş dövlət arasında imzalanan müttəfiqlik sənədidir. Bu Bəyannamə strateji və hərbi təhlükəsizlik sahəsində siyasi-tarixi əhəmiyyət daşıyır.
Bəyannamənin siyasi-fəlsəfi əhəmiyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət – iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir” fikirləri ilə xarakterizə olunur.
Şuşa Bəyannaməsinin strateji-hüquqi əhəmiyyəti Türkiyə və Azərbaycanın beynəlxalq müstəvidə ikitərəfli əməkdaşlığını təsbit edir.
Cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın qəbul etməli olduğu bir tarixi həqiqətdir. Bəyannamənin diqqətçəkən ən vacib məqamlarından biri hərbi sahədə müttəfiqliklə bağlıdır. Bundan sonra bütün qonşu dövlətlər və dünya ictimaiyyəti bilməlidir ki, Azərbaycanın dövlət suverenliyinə qarşı hər hansı bir təhdid yeni regional hərbi-siyasi ittifaqla cavablandırılacaq.
Bəyannamədə xüsusilə tarixi Türk torpağı olan Zəngəzur dəhlizinin adı çəkilməsi, onun tarixi reallıqlarını və strateji hədəflərini əks etdirən mühüm məqamdır.
Şuşa Bəyannaməsində bir çox vacib tarixi məsələlərə aydınlıq gətirən müddəalar mövcuddur.
Beləliklə, Azərbaycan və Türkiyə 15 iyun 2021-ci ildə mühüm tarixi addım ataraq, bölgənin geosiyasi mənzərəsini dəyişəcək bir Bəyannaməyə imza atdılar.

Maştağa qəsəbəsi, 128 nömrəli tam orta məktəbin
ingilis dili müəllimi Firuzə Mahmudova

Oxşar xəbərlər