
"Bunu “Report”a açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.
O vurğulayıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Şuşaya getməsi tarixi bir səfər idi: “Həm Qars sazişinin 100 illik yubileyi, həm də Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə iyunun 15-də Şuşa bəyannaməsi imzalandı. Bu anlaşma ilə Azərbaycan regionda daha güclü ölkə olduğunu sübut etdi”.