Şuşa Bəyannaməsinin siyasi əhəmiyyəti Azərbaycan üçün daha vacibdir

Şuşa  Bəyannaməsinin  siyasi  əhəmiyyəti  Azərbaycan  üçün  daha  vacibdir
Hər xalqın tarixində əlamətdar günlər olur. Azərbaycan xalqının tarixində də belə günlər var. Bu əlamətdar ğünlərdən birini biz 8 Noyabr 2020-ci ildə yaşadığ. Ali Baş Komandanımızın qətiyyəti və ordumuzun cəsarəti sayəsində biz 44-ğünlük Vətən müharibəsində parlaq qələbə qazandıq.
Növbəti əlamətdar günlərdən biri də 15 iyun 2021-ci ildir. Bu gün Azər baycan Respublikasının tarixinə ən önəmli hadisələrdən biri kimi yazıldı. 2021-ci il iyunun 15-də Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi” imzalandı.
Azərbaycan-Türkiyə əlaqələri Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanır. Bu hadisə dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır. Məhz həmin gün dini, dili, tarixi, mədəniyyəti və məqsədi bir olan Azərbaycan və Türkiyə arasındakı münasibətlərin yeni inkişaf mərhələsi başladı. Müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi” Türkiyə prezidentinin Azərbaycana və Azərbaycanın tarixi, hüquqi və ayrılmaz hissəsi olan Qarabağa səfərinin başlıca diplomatik yekunudur. İşğaldan azad olunmuş Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında, məhz Milli Qurtuluş Günündə, Qars müqaviləsindən 100 il sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında imzalanan “Şuşa Bəyannaməsi”nin özünəməxsus tarixi, hüquqi və siyasi əhəmiyyəti var. Bəyannamə olduqca geniş və demək olar ki, bütün sahələrdə Azərbaycanla Türkiyə arasındakı münasibətlərin qardaşlığını və qətiyyətini həm özətləyir, həm də yeniləyir.
“Şuşa Bəyannaməsi” Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” prinsipləri əsasında iki dövlətin strateji münasibətlərinə yeni yanaşma sərgilədi. Bəyannamənin tarixi prizmadan əhəmiyyəti isə budur ki, 100 il bundan öncə imzalanmış Qars müqaviləsindən sonra yenidən Türkiyə-Azərbaycan arasında məzmunca eyni, mahiyyətcə isə daha geniş bir bəyannamə imzalandı. Və bu məhz yenicə işğaldan azad olunmuş Şuşa şəhərində baş verdi. Bu tarixi hadisənin Azərbaycanda Milli Qurtuluş Günündə baş verməsi heç də təsadüfi deyil.
“Şuşa Bəyannaməsi”nin siyasi əhəmiyyəti Azərbaycan üçün daha vacibdir. Belə ki, Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Tüpkiyənin mənəvi-siyasi dəstəyi xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində Azərbaycan və Türkiyənin birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasının zəruriliyini göstərən ən gözəl nümunədir.
Beləliklə, Azərbaycan və Türkiyə 15 iyun 2021-ci ildə tarixi addım ataraq, bölgənin geosiyasi mənzərəsini dəyişəcək, həm də Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesajı olan, həmcinin ölkələrimiz arasında bütün sahələrdə inteqrasiyanın nümunəsi olan Bəyannaməyə imza atdı. Ən əsası, bu Bəyannamə reqion üçün yeni tarixi gerçəklik deməkdir.

Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
Rus dili müəllimi Kəmalə Müslümova

Oxşar xəbərlər