
Bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Maykl Kurilla deyib.
O, İranla bağlı belə bir açıqlamanı Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində verib.
Trampın dolayı nüvə danışıqları nəticəsiz qalacağı təqdirdə İrana zərbə endirmək vədini yerinə yetirəcəyi təqdirdə CENTCOM-un İranı vurmağa hazır olub-olmaması sualına cavab verən Kurilla, İrana zərbə endirmək üçün hərbi planları ABŞ prezidenti Donald Trampa təqdim etdiyini açıqlayıb.
Kurilla onu da bildirib ki, əmr verildiyi təqdirdə bunu etməyə hazırdır: "Mən müdafiə nazirinə və prezidentə geniş seçimlər təqdim etmişəm".