Pezeşkiandan Trampa: “Nə istəyirsən et, danışıqlar aparmayacağam”

Pezeşkiandan Trampa: “Nə istəyirsən et, danışıqlar aparmayacağam” Tehran ABŞ prezidenti Donald Trampın nüvə proqramı üzrə danışıqları ilə bağlı təklifinə İranın ali lideri Əli Xamneinin ardınca ölkə prezidenti Məsud Pezeşkian da sərt şəkildə rədd cavabı verib.
Pezeşkian Trampın İrana qarşı maksimum təzyiq siyasətinə də işarə edərək deyib: "Mən sizinlə təhdid altında danışıqlar aparmayacağam. Nə istəsəniz edin".

Trampın hərbi müdaxilə ilə bağlı ritorikasına cavab verən Pezeşkian deyib ki, İran heç kimlə münaqişəyə girmək istəmir, lakin bu, "boyun əyəcəyik" demək deyil.

Oxşar xəbərlər