Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır

Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır
XXI yüzilliyin aktual məsələlərindən olan yaşıl enerji istifadəsi ölkəmizdə son zamanlar yetərincə təbliğ olunduğuna görədir ki,günümüzdə demək olar ki,orta statistik azərbaycan vətəndaşı bu məsələdən xali deyil.Hətta yaşıl enerjinin faydaları haqqında əvvəllər siyasi kluarda dövr edən söhbətlər bu gün məişət sferasına qədər nüfuz edə bilmişdir.
Yaşıl enerjinın təbiətdə bərpa oluna bilən mənbələrə əsaslandığı heç kəsə sirr deyil.Bunlar daim təkrarlanan günəş,külək,su və digər biomassa elementləri ila bilər.Burada söhbət təkcə ucuz və uzun müddətli enerji qaynaqlarına sahiblikdən getmir.Yaşıl enerji tətbiqi həm də ekoloji təmizlik vəd etməkdədir.Yəni sadalanan mənbələrin istismarı prosesində nə istixana effekti,nə də karbon dioksid müşahidə olunur.Dövrümüzdə bizim üçün əhəmiyyətlisi də elə budu___ətraf mühiti qorumaq!
Əksər təhlükələrin, o cümlədən bəşəriyyəti məhv edə biləcək nüvə müharibələrinin, kosmik fəlakətlərin - Yer kürəsinin kometalar, meteoritlərlə toqquşması, Ozon qatının deşilməsi, havada karbon qazının çoxalması hesabına planetin temperaturunun artması (“parnik effekti”), su qıtlığı, ərzaq çatışmazlığı və digər təbiət hadisələrinin qarşısı alınmağa calışılsa da, ekoloji problemlərin dünya miqyasında baş vermə təhlükəsi getdikcə artır. Bütün bunları əvvəlcədən görən Ulu Öndər Heydər Əliyev hələ neçə illər öncə demişdir: “...Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir...”
Bu gün insanlara hava və su qədər əhəmiyyətli olan elektrik enerjisi də lazımdır. Əhalinin sayının artması, yaşayış səviyyəsinin yüksəlməsi, enerji istifadəçilərinin çoxalması, sənayenin və kənd təsərrüfatının sürətli inkişafı məişətdə istifadə edilən yanacağa tələbatı artırır. Təbii enerji ehtiyatlarının azalması, onların əldə olunması prosesində ətraf mühitə dəyən zərər və s. kimi amillər alternativ enerji mənbələrinin axtarılması zərurətini meydana çıxarmışdır.
Bu günlərdə Bakı Ekspo Mərkəzində keçirilən növbəti neft--qaz sərgisində cənab Prezident İlham Əliyevin çıxışında bu mövzuya da toxunulmuş,yaşıl enerji istehsalı və istehlakı sahəsində son illərdə əldə etdiyimiz uğurlar vurğulanmışdır.Əhatəli və məzmunlu çıxışında neft-qaz ixracının artmasını müsbət hal kimi dəyərləndirən cənab İlham Əliyev eyni zamanda alternativ enerji mənbələrinin hərəkətə gətirilməsinin keyfiyyətcə yeni mərhələ olduğuna diqqət çəkmişdir:” Neft və qazla zəngin olan ölkənin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması bizim məsuliyyətimizi nümayiş etdirir.
Bütün bu yaşıl enerji potensialımız sayəsində biz, əlbəttə ki, Azərbaycanın elektrik enerjisinə artan tələbatını təmin edəcəyik, əsasən bərpaolunan enerji hesabına təmin edəcəyik. Bunun nəticəsində bir neçə milyard kubmetr qaza qənaət ediləcəkdir və bu həcm ixrac oluna biləcək.
Əlbəttə, ola bilər ki, COP29-un sədri olaraq neft və qaz haqqında danışmağımız bir o qədər də uyğun deyil. Ancaq bizim COP29-la bağlı gündəliyimiz çox praqmatik idi. Biz populizmdən, yalançı narrativlərdən uzaq idik. Həmin gündəlik ölkələrin qazıntı yanacağına olan tələbatının praqmatik hesablamalarına əsaslanır.”
Alternativ enerjidən istifadənin vacibliyini və mümkünlüyünü Ulu Öndər Heydər Əliyev hələ 1993-cü ildə göstərmişdi.O şəxsi təcrübəsinə və dünyada başlanmaqda olan kiçik proseslərə əsaslanaraq,qeyd etmişdi ki,ölkəmizdə günəş,külək və su kimi alternativ enerji resursları kifayət qədərdir.Gələcəkdə biz bu mənbələrdən istifadə edəcəyik.Lakin bu 30-40 ildən sonra baş verəcəkdir.O zaman alternativ qaynaqlar Azərbaycanın yanacaq-energetika balansında aparıcı yer tutacaq.
Dahiyanə uzaqgörənliklə söylənilən fikirlər bu gün öz təsdiqini tapmışdır.Eyni zamanda Cənab Prezident öz çıxışında belə vacib bir məsələyə diqqət yönəltdi ki,bir çox ölkələr qazıntı enerji resursları ilə yaşıl enerji mənbələri arasındakı balansı düzgün qurmur.Biz qaz hasilatını da artırmalıyıq və artırırıq da.Ancaq yaşıl enerjinin verdiyi imkanlara söykənərək,bu hasilatı ixracyönümlü hesab edirik.Son bir neçə ildə bizim qaz alıcılarımızın sayı 8-dən 12-yə çatmışdır.İxrac qazından gələn divident bizə öz vətəndaşlarımız və ölkə sənayesinin istehlakına yönəlik yaşıl enerji sferasını genişləndirmək şansımızı artırır.Biz yaşıl enerjini gündəliyini uğurla davam etdirməkdə israrlıyıq!

Zabrat qəsəbəsi, 192 saylı tam orta məktəbin
tarix müəllimi Elxan İsmayılov



Oxşar xəbərlər