
Bu barədə Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski məlumat verib.
Onun sözlərinə görə, Ukrayna tərəfi sənədi iki dildə – ukrayna və ingilis dillərində təqdim edib. Medinski zarafatla bildirib: “Heç nə olmaz, biz öhdəsindən gəlirik. Nümayəndə heyətimizdə müxtəlif dilləri bilən insanlar var. Hətta ikisi yapon dilində sərbəst danışır”.
Sənədin detalları ictimaiyyətə açıqlanmasa da, bu addım tərəflər arasında diplomatik dialoqun davam etdirildiyini göstərir. Danışıqlar İstanbulda keçirilir və əsas məqsəd müharibənin diplomatik həll yollarını tapmaqdır.