Vens: İlham Əliyev nüfuzlu dünya lideridir

Vens: İlham Əliyev nüfuzlu dünya lideridir Azərbaycana səfər etdiyim üçün çox məmnunam və şadam.

Bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Azərbaycana səfərinin yekunu ilə bağlı deyib.

O qeyd edib ki, səfər zamanı Prezident İlham Əliyevlə bir sıra vacib məsələləri müzakirə edib.

ABŞ vitse-prezidenti Azərbaycana səfərini əla keçdiyini deyib və buna görə İlham Əliyevə təşəkkür edib.

“İlham Əliyev nüfuzlu dünya lideridir”, - deyən Vens əlavə edib ki, görüşdə regional və qlobal məsələləri, eləcə də terrorizmə qarşı mübarizəni müzakirə ediblər. "Beləliklə, bu, əla bir səfər idi", - Vens qeyd edib.

Oxşar xəbərlər